Heç kəsə sirr deyil ki, Fransa Emmanuel Makronun rəhbərliyi dövründə özünün süqut dövrünü yaşayır. Xalq Makronun hakimiyyətinə qarşı hər nə qədər etirazlara çıxsa da, o, ölkənin əhalisini zor gücü ilə susdurur. Amma dünyanın və beynəlxalq ictimaiyyətin gözü tərəzidir. Bu, həm də Makronun qorxaqlığının göstəricisidir.
O, cılızlığını isə Ukraynaya yardım vədini yerinə yetirməməsində göstərdi. Üç dəfə Ukraynaya səfərini qorxusundan təxirə saldı. Fransa kimi nəhəng ölkəni Makronun kimi cılız liderin təmsil etməsi fransızlara təhqirdən başqa bir şey deyil. Dünyada öz xalqını təhqir edən ikinci lider yoxdur.
Qərbdə Makron kimi prezidentlərlə lider böhranının yaşandığı açıq şəkildə müşahidə olunur. Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi də elə buradan qaynaqlanır. Güclü olmağı istəsə də bacara bilməyənlərin güclü olanlara qarşı sərgilədiyi mövqe aydındır. Fransa kimi ölkəyə rəhbərlik edəsən, ama cılız, cəsarətsiz, iradəsiz və qorxaq olasan – Azərbaycana qısqanclıq etməyi normal deyilmi?
Cəsarəti, prinsipiallığı, qətiyyəti olmayan şəxslərin ölkələrə rəhbərlik etməsi, onların dünya siyasətində lider kimi qəbul olunan nüfuzlu siyasətçilərdən çəkinmələri, onları qısqanmaları başa düşüləndir.
Xüsusən də, Vətən müharibəsindən sonra Qərbi Azərbaycana və Azərbaycan Liderinə qarşı qərəzli mövqeyi də buradan qaynaqlanır. İlham Əliyevin gücünü, siyasi səriştəsini və qətiyyətini, möhkəm iradəsini, beynəlxalq arenada təbii şəkildə qazandığı nüfuzu həzm edə bilməyən makronkimilər dəstəsi qısqanclıq göstərməyib nə etməlidir ki?
Toğrul Allahverdili
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri