Fransa İsrail ordusunda xidmət edən fransız əsgərləri ilə bağlı araşdırma aparmayacaqbackend

Fransa İsrail ordusunda xidmət edən fransız əsgərləri ilə bağlı araşdırma aparmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Christophe Lemoine, İsrail ordusuna qatılan fransız əsilli İsrail əsgərləri ilə bağlı araşdırma aparmayacaqlarını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Lemoine nazirliyin həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Bölgədə İsrail ordusuna qatılan Fransa-İsrail ikili vətəndaşlarının hərəkətləri ilə bağlı araşdırma olub-olmayacağı ilə bağlı suala Lemoine belə cavab verib: “İkili vətəndaşlığın ikiqat sədaqət olduğunu bilirsiniz, ona görə də Fransa-İsrail vətəndaşlarının nə edəcəyini araşdırmayacağıq”.