Nazir müavini: COP təcrübəsi olan təşkilatlarla danışıqlar aparırıqbackend

Nazir müavini: COP təcrübəsi olan təşkilatlarla danışıqlar aparırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyası (COP29) maliyyə məsələləri ilə bağlı olacaq. COP28-un məqəsədi vəsaitin toplanması idisə, COP29 maliyyələşmənin yolunu həll etməyə çalışacaq.

Bunu Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycanın baş icraçı direktoru Elnur Soltanov “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun IV panel müzakirəsində deyib.

O vurğulayıb ki, vətəndaş cəmiyyəti, dövlət, bazar güclərinin düzgün qiymətləndirmək lazımdır: “Biz COP təcrübəsi olan təşkilatlarla danışıqlar aparırıq. Ev sahibi olaraq biz təklifləri dinləyəcəyik və prosesi idarə etməyə çalışacağıq”.