Əfqanıstanda son 25 gündə əlverişsiz hava şəraiti səbəbindən 60-dan çox insan həyatını itirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Əfqanıstan Müvəqqəti Hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik jurnalistlərə açıqlamasında son 25 gündə güclü qar nəticəsində ən azı 60 nəfərin həyatını itirdiyini, 34 nəfərin isə yaralandığını bildirib.
1600-dən çox evin zərər gördüyünü deyən Saik, minlərlə heyvanın tələf olduğunu bildirib.
Digər tərəfdən, ölkənin mərkəzi və şimal bölgələrində, Bamyan, Ghor, Sar-e Pol, Nuristan kimi bir çox əyalətdə yollar nəqliyyata bağlanıb.
Paytaxt Kabili Əfqanıstanın şimalına birləşdirən Salenq Tunelinin nəqliyyatın hərəkətinə açılması istiqamətində işlər davam edir.
Ötən il Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən 200-ə yaxın insan həyatını itirib.
Uzun illərdir qarşıdurmaların yaşandığı Əfqanıstanda infrastrukturun inkişaf etdirilməməsi səbəbindən zəlzələ, daşqın, həddindən artıq yağış və qar uçqunları kimi təbii fəlakətlər səbəbindən insan itkiləri arta bilər.