Meksikanın Miçoakan əyalətində gizli çuxurda aparılan qazıntılar nəticəsində 132 nəfərə məxsus sümüklər aşkar edilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Meksika mətbuatında yer alan xəbərə görə, əyalətin Takambaro qəsəbəsindəki çöl ərazidə xəbər verildikdən sonra qazıntı işləri aparılıb.
Aparılan işlər nəticəsində gizli çuxurdan 132 nəfərə məxsus sümüklər çıxarılıb.
Sümüklər Ədliyyə Tibb Mərkəzinə aparılıb ki, şəxsiyyətin müəyyənləşdirilməsi işlərinə başlansın.
Dövlət Prokurorluğundan verilən açıqlamada ərazidə qazıntı işlərinin davam etdiriləcəyi bildirilib.