İtaliyada 29 yaşlı Gürcüstan vətəndaşı Avellino əyalətində ətir oğurladığına görə tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, həmin şəxs 6 bağlama bahalı ətir oğurlayaraq oradan qaçmağa çalışsa da, polis tərəfindən yaxalanıb.
Bildirilir ki, saxlanılan şəxs qarət edəcəyi mağazanın videosunu qabaqcadan çəkmək üçün ağıllı eynəkdən istifadə edib.
İtaliya mətbuatı yazır ki, həmin şəxs on gün əvvəl başqa bir ətir mağazasında törədilən oğurluğa görə də cavab verməli olacaq, oğurluq faktı müşahidə sisteminin kameraları tərəfindən qeydə alınıb.