Meksika narkokarteli 30-a yaxın Gürcüstan vətəndaşını girov götürübbackend

Meksika narkokarteli 30-a yaxın Gürcüstan vətəndaşını girov götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika sərhədi yaxınlığında irimiqyaslı insan oğurluğu baş verib.

İnterpress.az xəbər verir ki,”Mtavari Arxinin” məlumatına görə, artıq üç gündür ki, 30 Gürcüstan vətəndaşı Meksika narkokarteli tərəfindən girov götürülüb.

Əldə olan məlumata görə, oğurlananlar arasında uşaqların olub-olmadığı məlum olmasa da, girovlar arasında qadınların olduğu bildirilir.

Qaçıranlar girovların azad edilməsi müqabilində 90 min dollar tələb edirlər. Əsirlikdə olan vətəndaşlar qısa sms vasitəsilə ailə üzvlərinə cinayətkar dəstələrin vəhşiliyindən yazıb.

“Mən əsirlikdəyəm, narkokartellərlə, insan alverinin qurbanıyam. Bizi oğurlayıblar, pul istəyirlər. Bir növ qrup var. Biz 30 nəfərik, 90 min istəyirlər… Tezliklə [telefonu] yenə əlimizdən alacaqlar. Burada 120 nəfərik və hansısa zirzəmidə qapalı qalmışıq.Çıxarılmağı gözləyirik.. 2 ispan sözü bildiyim üçün üstümə silah və başqa bir bıçaq çəkdilər. Mənə qışqırırdılar, vururdular. Bilmirəm niyə”- oğurlananlardan biri yazıb.

Qaçırılanların yaxınları kömək istəyir.