Çinin milli neft şirkəti ölkənin şimal ucunda, Koreya yarımadasının qərbində yerləşən Bohay dənizində 100 milyon ton neft ehtiyatının aşkar edildiyini açıqlayıb.Bu barədə Çin Milli Dəniz Neft Şirkəti (CNOOC) məlumat yayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, ölkənin şimal-şərqində Sarı dənizin davamı olan Bohay dənizində aparılan tədqiqatlardan nəticə çıxarılıb və Çinhuangdao 27-3 neft yatağında yeni ehtiyat aşkar edilib. Bu, təxminən 200 Körfəzdəki Tienjin şəhərindən kilometr aralıda qeydə alınıb.
Bohay dənizində orta dərinliyi 25 metr olan neft yatağında təqribən 100 milyon ton orta ağır neft aşkar edilib.
CNOOC-un martın 8-də verdiyi açıqlamada başqa bir kəşfiyyat nöqtəsi olan Cənubi Çin dənizinin şimal-şərqində 100 milyon ton neft ehtiyatının aşkar edildiyi bildirilib.
Bohay dənizində və Cənubi Çin dənizində dənizdə neft və təbii qaz qazması ilə məşğul olan şirkət 2024-cü ildə 700-720 milyon barel neft hasil etməyi hədəfləyir.