Almanlar silahlanmanın tərəfdarıdır.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, bununla bağlı araşdırma aparılıb.
Araşdırmanın üzə çıxardığı “bacarıq” problemi daha çox silahlanmaya ehtiyac olduğu fikrinin üstünlük təşkil etməsi ilə nəticələrdə öz əksini tapıb.
Respondentlərin 69 faizi gələcəkdə Almaniya Silahlı Qüvvələri Bundesverə daha çox maliyyə imkanlarının verilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Almanların demək olar ki, üçdə ikisi (64 faiz) ölkənin “ümumdaxili məhsulun 2 faizindən çoxunu daimi olaraq müdafiəyə xərcləməli” olduğunu düşünür.
Almanların 64 faizi ölkənin “məcburi hərbi xidmətin bərpası” fikrini bölüşdüyü halda, 68 faizi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını “Almaniyanın təhlükəsizliyinə təhdid” kimi qiymətləndirir.
Almanlar nüvə silahı istəmirlər
Tədqiqat iştirakçılarına nüvə silahı məsələsi də soruşulub.
Almanların 45 faizi hesab edir ki, Almaniyanın “mütləq atom bombası olmamalıdır”, 22 faizi isə “mütləq nüvə silahına malik olmalıdır”.
Almanların 57 faizi müharibə başlasa, “biz mütləq döyüşməyəcəyik” deyir. “Biz mütləq mübarizə aparacağıq” cavabını deyənlərin nisbəti cəmi 22 faiz olaraq qalıb.