Ölkəmizdə ictimai təhlükəsizliyin təmin olunması nəticəsində Azərbaycan regionda və dünyada ən təhlükəsiz ölkələrdən biridir.
Bu sözləri QHT.az-a açqılamasında QHT sədri Zülfiyyə Nuriyeva bildirib.
“Bu təhlükəsiz şərait o demək deyil ki, bizim ölkəmizə qarşı hər hansı qüvvələr mübarizə aparmırlar. Əksinə son dövrlər ölkəmizə qarşı müxtəlif dövlətlərin kəşfiyyat qüvvələri və onların əlaltıları daha da çoxalıb. Bu günlərdə DTX-nın yüksək peşəkarlıqla aşkarladığı terrora cəhd faktı bir daha bunu sübut edir.
Azərbaycanın güc sükutlarının ayıq və sayıq fəaliyyəti bu cəhdləri anında da zərərsizləşdirir.
Heç şübhəsiz ki, bu istiqamətdə atılan vacib addımlardan ən başlıcası Azərbaycan Respublikasının quru sərhədlərinin bağlı saxlanması idi. Hazırki durum bu addımın atılmasının vacibliyini bir daha sübut edir.
Regionda nüfuz müharibəsinin getdiyi bir zamanda Azərbaycan bütün riskləri nəzərə almalıdır. Dövlətin və vətəndaşların təhlükəsizliyi üçün bütün zəruri addımlar atılıb və bundan sonra da atılmalıdır.”