Nyu Cersi ştatından olan bir şəxs ABŞ-da təxminən 1,13 milyard dollar dəyərində “Mega Millions” lotereyasını uddu.CNN-in məlumatına görə, səlahiyyətlilər ABŞ-da beşinci ən böyük cekpotun olduğu “Mega Millions” lotereyasının sahibini tapdıqlarını açıqlayıblar.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Təxminən 4 aya yaxındır davam edən və Nyu Cersidən olan şanslı qalibin qazandığı lotereyanın uğurlu nömrələri 7, 11, 22, 29, 38 və 4 olub.
Ölkənin müxtəlif bölgələrindən olan 13 bilet sahibi çəkilən ilk 5 topun nömrələrini uyğunlaşdırmaqla ən azı 1 milyon dollar məbləğində mükafat qazanıb. Nyu Yorkda bir nəfər 2 milyon dollar alıb.
Cekpotun qalibi mükafatın illik ödənişini qəbul edərsə, bütün 1,13 milyard dollara və ya birdəfəlik ödəməyə üstünlük verərsə, 537,5 milyon dollara sahib olacaq.
ABŞ-ın 45 ştatında, paytaxt Vaşinqtonda və Virciniya adalarında oynanan “Mega Millions” oyunu sonuncu dəfə 2023-cü il dekabrın 8-də olub.
Ölkə tarixindəki ən böyük lotereya cekpotları 2022-ci ilin noyabrında 2,04 milyard dollar və 2016-cı ilin yanvarında 1,586 milyard dollarlıq Powerball lotereyaları olub.