ABŞ-ın Merilend ştatında yük gəmisinin toqquşması nəticəsində çökən Frensis Skott Key körpüsündən çaya düşən daha iki nəfərin cəsədi tapılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Merilend polisinin verdiyi açıqlamaya görə, cansız cəsədlər 35 və 26 yaşlı iki kişi pikapda 8 metr dərinlikdə tapılıb.
Açıqlamada dağıntılar səbəbindən dalğıcların axtarış-xilasetmə işlərinə davam etməsinin təhlükəsiz olmadığı qeyd edilib və bu səbəbdən səylərin dağıntıların çıxarılmasına yönələcəyi vurğulanıb.
Bir neçə gün öncə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində böyük yük gəmisi Francis Scott Key körpüsünə çırpılıb və hadisədən sonra gəmidə yanğın başlayıb.
Təxminən 2,57 kilometr uzunluğunda olan körpünün böyük bir hissəsi zərbə nəticəsində dağılıb, körpüdə olan çoxlu avtomobil Patapsko çayına düşüb.
Merilend Nəqliyyat Departamentindən verilən açıqlamada körpüyə gedən bütün yolların hər iki istiqamətdə nəqliyyata bağlandığı bildirilib.
Qəzadan sonra ştatda “fövqəladə vəziyyət” elan edilib və qruplar qəza zamanı körpüdə təmir işləri aparan 8 inşaat işçisindən 2-ni xilas edib.