Çin və Hindistan Himalay dağlarında mübahisəli sərhəd bölgələrində gərginliyin aradan qaldırılması üçün danışıqların yeni raundu keçirib.Çin Xarici İşlər Nazirliyi Çin-Hindistan Sərhəd Məsələləri Məsləhətləşmə və Əlaqələndirmə İş Mexanizminin 29-cu iclasının keçirildiyini bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Sərhəd mübahisələrinin həlli paytaxt Pekində təşkil edilib.
Bəyanatda bildirilib ki, iki ölkənin xarici işlər, müdafiə, immiqrasiya və digər nazirliklərinin rəsmilərinin iştirak etdiyi görüşdə hər iki tərəf üçün məqbul planın ən qısa zamanda hazırlanmasına dair razılıq əldə edilib. Sərhəddə vəziyyət normal idarəetmə və nəzarət mərhələsinə keçir.
Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Faktiki Nəzarət Xəttinin (LAC) qərb sektorunda qalan problemlərin həlli və qarşılıqlı geri çəkilmənin başa çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
İki ölkənin bəyanatlarında tərəflərin sərhəd bölgəsində sülh və əmin-amanlığın qorunması üçün diplomatik və hərbi kanallar vasitəsilə müntəzəm əlaqə saxlamağın vacibliyinə diqqət çəkilib.