Türk müdafiə sənayesi məhsullarının ixrac uğuru Çin mətbuatında gündəm oldu. Çin ordusuna bağlı Milli Müdafiə qəzeti bu uğuru “Türkiyənin müdafiə ixracı rekord həddə çatdı” başlığı ilə səhifəsinə daşıyıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Türkiyənin müdafiə sənayesi ixracatı rekord həddə çatıb.
Dünya mətbuatı bu uğuru yaxından izləyir.
Bu dəfə müdafiə sənayesi ixracatı Çin mətbuatının gündəminə çevrilib.
Çin ordusuna bağlı Milli Müdafiə Qəzeti “Türkiyənin müdafiə ixracı rekord həddə çatdı” başlıqlı xəbərdə müdafiə sənayesi ixracatının keçən il yüzdə 25 artaraq 5 milyard 500 milyon dollara çatdığı xəbərində yazılıb. Bildirilib ki, bu dərəcələrlə Türkiyə qlobal silah bazarında 12-ci yerə yüksəlib.
“Türkiyə hökuməti müdafiə sənayesi ixracını fəal şəkildə dəstəkləyir”
İxrac edilən məhsulların geniş miqyasına diqqət çəkən xəbərdə deyilir ki, Türkiyə quru nəqliyyatından tutmuş pilotsuz uçuş aparatlarına qədər ən müasir məhsullar ixrac edə bilər.
Türkiyə məhsullarının NATO standartlarına uyğun olduğu və NATO ölkələrindən Yaxın Şərqə məhsul sata biləcəyi də vurğulanıb.
Xəbərlərdə müdafiə sənayesi ixracının sürətli böyüməsinin səbəbləri də yer alıb.
Xəbərdə Türkiyə hökumətinin müdafiə sənayesi ixracını fəal şəkildə dəstəklədiyi vurğulanır və Türkiyənin güclü texniki biliyə malik olduğuna diqqət çəkilir.