Avstraliyada iki qəza törədən və polisdən qaçan şübhəli 36 saat gizlənmək üçün girdiyi kanalizasiyada qalıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
36 saat kanalizasiyada qalan şəxs ətrafdakılara səsini çatdıra bilərək xilas olub. Yardım çağırışını eşidənlər polisə və xilasedicilərə xəbər veriblər. Xilasedicilər tərəfindən xilas edilən şəxs bədənində sıyrıqlar olduğu və soyuqdan təsirləndiyi üçün xəstəxanaya aparılıb.
Kvinslend təcili yardım xidmətinin sözçüsü, kişinin telefonunu kanalizasiyaya atdığını və onu götürməyə çalışarkən ilişib qaldığını söylədi. Polisin məlumatına görə, hadisə tamam başqa cür olub.
O, iki qəzaya düşüb və qaçıb
Polis bazar günü səhər bir avtomobilin arxasınca getdiklərini və avtomobilin geriyə dönərkən polis maşınına çırpıldığını, vurulan avtomobilə ciddi ziyan vurduğunu və öz avtomobilinə orta dərəcədə ziyan vurduğunu bildirib. Polisin xəsarət almadığı bu qəzadan sonra qəzaya düşən avtomobilin qaçaraq başqa yerdə yenidən qəzaya uğradığı açıqlanıb.
Bazar ertəsi fövqəladə hallar işçiləri dedilər ki, onlar bir kişini boltla bağlanmış lyuk qapağının altından xilas ediblər. Polis bildirib ki, gün yarımdan çox kanalizasiyada qalan şəxs onlardan qaçıb.
Faktla bağlı araşdırma açılıb
Komissar vəzifəsini icra edən Stiv Qollşevski hadisə ilə bağlı bunları deyib:
“İnsanların nə edə biləcəyi və bəzən nələrin baş verə biləcəyi heyrətamizdir, bəli, həmişə sürprizlər olur. Amma mən əslində nə baş verdiyini anlamağa çalışmağı sevirəm. Beləliklə, gəlin faktlara keçək. Onların nə olduğunu hələ bilmirəm. Qoy istintaq öz axarı ilə getsin və biz oradan hara gedəcəyimizə qərar verəcəyik”.