ABŞ Qəzza zolağında atəşkəsi təmin edərsə, İran İsrailə hücum etməkdən çəkinə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Bildirilir ki, aprelin 6-da İran Qəzza zolağında atəşkəs əldə olunarsa, İsrailə hücum etməkdən çəkinəcəyi barədə ABŞ-ni məlumatlandırıb.
Ərəb diplomatik mənbəsinə görə, “Amerika vəziyyəti cilovlaya bilsə, bu, Bayden administrasiyası üçün böyük uğur olacaq”.
Aprelin 7-də Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti Ramazan bayramında (9-10 aprel) Qəzza zolağında “humanitar atəşkəsə və ya müvəqqəti atəşkəsə” nail oluna biləcəyini yazıb.
Xuraman Etibarlı
İnterpress.az