“Avropa Şurasının Ermənistan üçün müəyyən etdiyi “qırmızı xətlər” artıq yoxdur” – Erməni hüquqşünasbackend

“Avropa Şurasının Ermənistan üçün müəyyən etdiyi “qırmızı xətlər” artıq yoxdur” – Erməni hüquqşünas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının Ermənistan üçün müəyyən etdiyi “qırmızı xətlər” hazırda mövcud deyil”.

İnterpress.az xəbər verir ki, bunu erməni vəkil və hüquq müdafiəçisi Ruben Melikyan aprelin 8-də Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında keçirilən aksiyada deyib.

O bildirib Kİ, Avropa Şurasında Ermənistan üçün nəzərdə tutulan “qırmızı xətlər” (məsələn, bu mümkün deyil, yəni qeyri-demokratikdir, qanunsuzdur və s.) indi yoxdur.

“Bugünkü aksiya iştirakçıları İrəvana gələn Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçə keçmişi xatırladıqlarını və ikili standartların tətbiq edilməməsini tələb etmək üçün Ermənistan Xarici İşlər Nazirliyinin binasına toplaşıblar”, – Melikyan əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az