Özbəkistanda radikal islamçılara qarşı reydlər keçirilir.
İnterpress.az xəbər verir ki, Daşkənd Daxili İşlər Baş İdarəsində (DİN) dini ekstremizm və terrorizmin məhv edilməsi məqsədilə genişmiqyaslı reyd keçirilib.
Aprelin 7-də paytaxtda ekstremist radikal qruplara qoşulan vətəndaşların evlərində 45 axtarış aparılıb və şübhəlilər həbs edilib.
Bundan başqa, 2024-cü ilin ilk 3 ayında dini ekstremizm və terrorizmlə bağlı 50 cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az