Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə, zərərçəkənlərin sayı 51 nəfərə çatıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Ölənlər arasında 16 təhlükəsizlik qüvvəsi və 5 mülki şəxs olub, daha 5 nəfərin şəxsiyyəti hələlik məlum deyil.
Yaralı hüquq-mühafizə orqanlarının əməkdaşlarından ikisinin vəziyyəti hələ də ağırdır; həkimlər həyatları üçün mübarizə aparırlar. 13 yaralının vəziyyəti ağırdır.
Xuraman Etibarlı
İnterpress.az