Küçənin ortasında VƏHŞİLİK: Təqib etdiyi keçmiş sevgilisinin boğazını KƏSDİ – VİDEObackend

Küçənin ortasında VƏHŞİLİK: Təqib etdiyi keçmiş sevgilisinin boğazını KƏSDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peterburqda gənc qız küçədə keçmiş sevgilisi tərəfindən vəhşicəsinə qətlə yetirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı qız onu davamlı olaraq izləyən keçmiş sevgilisi tərəfindən amansızlıqla öldürülüb.

Hadisə Kalinin rayonundakı Ailə və Uşaqlara Sosial Yardım Mərkəzinin qarşısında baş verib.

Gənc qız mərkəzin qapısının açılmasını gözləyərkən keçmiş sevgilisi qəflətən ona hücum edərək səkkiz bıçaq zərbəsi endirib, daha sonra isə boğazını kəsib.

Zərərçəkən göstərilən bütün təcili tibbi müdaxilələrə baxmayaraq hadisə yerində vəfat edib.

Məlumata görə, cütlük payızın əvvəlində ayrılsa da, təcavüzkar qadını mütəmadi olaraq təqib edirmiş.

Həmçinin cinayətkarın 2017-ci ildə Kazan kilsəsindəki terror aktı işi ilə bağlı məhkum edildiyi, o vaxt cinayət barədə məlumat vermədiyinə görə 70 min rubl (təxminən 1 440 manat) cərimələndiyi məlum olub.

Hadisədən yarım saat sonra polisə zəng edərək cinayətini etiraf edən şəxs saxlanılıb, faktla bağlı xüsusi amansızlıqla adam öldürmə maddəsi üzrə cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az