Quba rayonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyinin “Cinayətkarlığa qarşı mübarizə” adlı tədbiri keçirilib.
İnterpress.az xəbər verir ki, tədbirdə Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Arif Nəbiyev, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Görüşün mahiyyəti əsasən insan alveri ilə mübarizə, xilas yolları və qabaqlayıcı maarifləndirmədən ibarət olub. Görüşü açıq elan edən “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova tədbir iştirakçılarına cinayətkarlığa qarşı mübarizə, insan alveri ilə mübarizə yolları haqqında geniş məzmunda çıxış edərək məlumatlar verib. Daha sonra tədbirdə iştirak edən ekspertlərin çıxışları dinlənilib. Tədbir gənclər tərəfindən maraqla qarşılanıb və sonda xatirə şəkili çəkdirilib.