Polşa Belarusla sərhəddə yerləşən “Kozloviçi” keçid məntəqəsindən yük maşınları üçün keçidi bağlayıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, avtomobillər hələ də buraxılır, lakin uzun gecikmələrlə.
Bundan əvvəl Belarus-Polşa sərhədindəki altı avtomobil keçid məntəqəsindən dördü bağlanmışdı.
İyun ayında Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, hakimiyyət Belarusla bütün sərhəd keçidlərini bağlamağa hazırlaşır.
Xuraman Etibarlı
İnterpress.az