Husilər İsrailə qurudan hücuma hazırlaşır.
interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Nəşr yazır ki, Husilər İsrailə qurudan hücuma hazırlaşır.
Mənbə husilərin son aylardakı hərbi təlimlərini, o cümlədən İsrailin yaşayış məntəqələrini və bazalarını ələ keçirmə təcrübəsindən bəhs edir.
Məqalədə deyilir ki, Husilərin İsraildən uzaq olmasına və ABŞ-nin tez-tez onların hədəflərinə hücum etməsinə baxmayaraq, onlar yəhudi dövləti üçün ciddi problemdir və bunu gecə Tel-Əvivə hücumu sübut edir.
Xuraman Etibarlı
İnterpress.az