WSJ-nin jurnalisti Evan Qerşkoviç Rusiyada 16 il müddətinə azadlıqdan məhrum edilib.
interpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşr xəbər verir ki, ruslar onu casusluqda ittiham edirlər.
Sverdlovsk vilayət məhkəməsi “The Wall Street Journal” qəzetinin müxbiri Evan Gerşkoviçi 16 il müddətinə maksimum rejimli koloniyaya məhkum edib.
Rusiya prokuroru Mikael Ozdoyev məhkəmədən amerikalı jurnalistə 18 il həbs cəzası istəyib.
İyunun 26-da və iyulun 18-də bağlı qapılar arxasında keçirilən iki iclasda məhkəmə istintaqı yekunlaşdırıb.
Rusiya prokurorları WSJ müxbirini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) adından Rusiyanın müdafiə podratçısı Uralvaqonzavod haqqında məlumat toplamaqda ittiham edir.
Xatırkladaq ki, Gerşkoviç Rusiyada akkreditasiyadan keçib, Yekaterinburqda və Sverdlovsk vilayətinin digər şəhərlərində olub, qəzet üçün reportajlar hazırlayıb.
Xuraman Etibarlı
İnterpress.az