Rusiyanın məşhur baykeri, bloqer “MotoTanya” Türkiyədə qəzada dünyasını dəyişib.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Tatyana Ozolina Milas Muğla bölgəsində baş verən qəza zamanı motosikleti qəzaya uğrayıb.
“MotoTanya” iki motosikletçi ilə birlikdə hərəkətdə olarkən idarəetməni itirərək yük maşınına çırpılıb.
“MotoTanya”nın TikTok-da 5 milyon, YouTube-da 2 milyon və Instagram-da 1 milyon izləyicisi var idi. Türkiyə araşdırması bloqerin yolun bu hissəsində idarəetməni itirdiyini ehtimal edir.
Təcili yardım gələnə qədər qız dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az