Yurtda qalmaqallı rəqslə bağlı CİNAYƏT İŞİ AÇILDI – VİDEObackend

Yurtda qalmaqallı rəqslə bağlı CİNAYƏT İŞİ AÇILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda “yurtda tuflidə erotik rəqs”lə bağlı cinayət işi açılıb.

interpress.az xəbər verir ki, iyun ayında sosial şəbəkələrdə milli naxışlı paltar, dabanlı ayaqqabı geyinmiş bir kişinin yurdda rəqs etdiyini əks etdirən video yayılıb. Video geniş ictimai rezonansa səbəb olub.

Bəziləri ifaçıları dəstəkləyir, digərləri qeyd edir ki, köçərilərin yurdu belə rəqslər üçün yer deyil.

Milli Təhlükəsizlik Komitəsi və Baş Prokurorluq videonun qəsdən “bu və ya digər nifrət” doğura biləcəyini bildirib.

Qazaxıstan rəsmiləri videonun “qazax xalqının dəyərlərinə və adət-ənənələrinə” zidd olduğunu bildiriblər.

Milli Məclisin deputatlarının müraciətindən sonra Almatı vilayətinin polisi “Sosial, milli, klan, irqi, sinfi və ya dini ədavətin qızışdırılması” maddəsi ilə cinayət işi açıb. Ekspertiza təyin edilib, nəticəyə əsasən hüquqi qiymət veriləcək.

Rəqqaslar sosial şəbəkədə sərt tənqid olunub. Sensasiyalı videoda rol alan xoreoqraf Əlişir Sultanbekulı deyir ki, “adi insanlar üçün yaradıcı insanları anlamaq çətindir”.

Xuraman Etibarlı

İnterpress.az