On gün qabaq nişanlanan gənc intihar etdi – VİDEObackend

On gün qabaq nişanlanan gənc intihar etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranın Separadi kəndində 31 yaşlı gəncin meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, kənd sakini Əhəd Əkbərlinin meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə aşkar edilib.

“Tərbiyəli, zəhmətkeş insan idi. Fəhlə işləyirdi. 10 gün idi ki, nişanlanmışdı. Oktyabrda toyu olacaqdı. Onun ölümü bütün kənd sakinlərini üzdü”, – mərhumun qohumu Niyaməddin Məmmədov deyib.

Qeyd edək ki, Əhəd Əkbərlinin valideynləri illər öncə rəhmətə getdiyi üçün o, evdə tək yaşayırdı.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin materialında: