Rusiya Qızıl Xaç Cəmiyyəti əməkdaşlarının adından istifadə edən dələduzlar PEYDA OLDUbackend

Rusiya Qızıl Xaç Cəmiyyəti əməkdaşlarının adından istifadə edən dələduzlar PEYDA OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qızıl Xaç Cəmiyyəti əməkdaşlarının adından fırıldaqçıların hərbi əsirlərin yaxınlarına zəng etdiyini bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları adından dələduzlar hərbi əsirlərin yaxınlarına zəng edib pul istəyirlər.

“Dələduzlar yazır ki, hərbi əsir mübadilə üçün siyahıya salınması ilə bağlı onlarla əlaqə saxlamağı xahiş edib.

Əsir mübadiləsini həyata keçirmək üçün qohumlardan linki izləmək və orada bir anket doldurmaq və ya xidmət üçün əvvəlcədən ödəniş etmək xahiş olunur. Bu, şəxsi məlumatları oğurlamaq üçün saxta sxemdir”, – məlumatda qeyd olunub.

Təşkilat xatırladıb ki, Qırmızı Xaç əməkdaşları heç vaxt xidmət göstərmək üçün pul tələb etmir, axtarış məqsədilə video çəkmir, “əsir mübadiləsi forması” doldurmur və heç vaxt gizli telefon nömrələrindən zəng etmir.

Xuraman Etibarlı

İnterpress.az