İnterpress.az DİN-in saytına istinadən bildirir ki, Səbail Rayon Polis İdarəsi 9-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Elçin Vəliyevə məxsus, içərisində 180 manat pul, qızıl əşya və sənəd olan pul kisəsini oğurlamış Bakı şəhər sakini Yeganə Məmmədova tutulub.
Araşdırma aparılır.
İntepress.az