İnterpress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onlar konqresmenlərə 1988-90-cı illərdə Bakı, Sumqayıt, Gəncədə baş verən hadisələr barədə danışıblar. Bu barədə məlumatı mətbuata Ermənistanın Erməni Milli Komitəsi verib.
“Dağlıq Qarabağ-antierməni soyğunundan sonrakı nəsil. Sülhü və demokratiyanı inkişaf etdirək” adlı dinləmələri Erməni Milli Komitəsi təşkil edib. Tədbirdə Ermənistanın ABŞ-dakı səfiri, konqresmenlər, Ermənistandan və Amerikadakı erməni icmasının nümayəndələri iştirak edib.
1990-cı ilə qədər Azərbaycanda yaşayan ermənilər xatirələrini danışaraq Dağlıq Qarabağ probleminin həllində həmin xatirələrə əsaslanmağın vacibliyini vurğulayıblar.
İnterpress.az