Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılıb, sülh sazişi üzərində işə başlaması ilə bağlı fəaliyyət qrafiki müzakirə olunub.
Son vaxtlar atəşkəsin pozulması hallarına gəldikdə isə Elmar Məmmədyarov qeyd edib ki, həmsədrlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidir.
Bunun münaqişənin həlli və etimadın yaradılmasında mühüm addım olacağını qeyd edən nazir Azərbaycanın sülh sazişi üzərində ciddi danışıqlara başlamağa hazır olduğunu bildirib.
İnterpress.az