44 yaşlı prezident infarkt şübhəsi ilə xəstəxanaya YERLƏŞDİRİLDİbackend

44 yaşlı prezident infarkt şübhəsi ilə xəstəxanaya YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Osetiya prezidenti infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Cənubi Osetiyanın 44 yaşlı prezidenti Alan Qaqloyev infarktdan əvvəlki vəziyyətdə Vladiqafqazda Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

KİV-in məlumatına görə, Qaqloyev Sxinvalidə gün ərzində halı pisləşib. Prezident təcili yardım maşını ilə Vladiqafqaza aparılıb.

Qaqloyevin mətbuat katibi bildirib ki, o, “planlı həkim müayinəsindən keçib”.

Xuraman Etibarlı

İnterpress.az