Azərbaycanda səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində süni intellektin istifadəsi sınaqdan keçirilirbackend

Azərbaycanda səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində süni intellektin istifadəsi sınaqdan keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda səhiyyə, təhsil, kənd təsərrüfatı, idman və rəqəmsal hökumət kimi sahələrdə süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələr sınaqdan keçirilir.

İnterpress.az xəbər verir ki, bunu süni intellektlə bağlı “6th AI & Data Forum”da Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qəbul edilmiş Süni İntellekt üzrə Milli Strategiya ölkənin etik, inklüziv və innovasiya yönümlü süni intellektə gedən yolunu müəyyən edir və beş əsas istiqamətə əsaslanır.

“Birincisi, süni intellektin idarə edilməsi və tənzimlənməsidir: onun istifadəsi üçün normativ bazanın, etik standartların və qaydaların yaradılması. İkincisi, istedad və təhsil: gəncləri süni intellektlə idarə olunan gələcək əmək bazarına hazırlamaq və bütün Azərbaycan vətəndaşlarını AI-nin gətirəcəyi dəyişikliklərə uyğunlaşdırmaq. Üçüncüsü, infrastruktur və məlumat ekosistemidir. Superkompüterlər, məlumat mərkəzləri, məlumatların saxlanması və yüksəksürətli internet olmadan süni intellektin inkişafını təmin etmək mümkün deyil”, – Fariz Cəfərov qeyd edib.

O bildirib ki, bu istiqamət ölkədə yüksək keyfiyyətli, təhlükəsiz və uyğun məlumatların təmin edilməsini nəzərdə tutur.

“Dördüncü sahə tədqiqat və innovasiyadır: AI sahəsində akademik ictimaiyyətə, startaplara və tətbiqi tədqiqatlara dəstək. Nəhayət, beşinci – beynəlxalq əməkdaşlıq. Süni intellekt sahəsində qlobal inkişaflardan təcrid olunmaq müsbət nəticələrə gətirib çıxarmayacaq. Buna görə də qlobal tərəfdaşlarla əlaqə qurmaq və süni intellekt üçün məsuliyyətli gələcəyin formalaşdırılmasında iştirak etmək vacibdir”, – Fariz Cəfərov vurğulayıb./apa