Antalyada Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş keçirilibbackend

Antalyada Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi “X” sosial media hesabında məlumat yayıb.

Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.