Məşhur səs aktyoru vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Adriano Çelentano, Jan-Pol Belmondo və Entoni Hopkinsin obrazlarını səsləndirən məşhur səs aktyoru Rudolf Pankov vəfat edib.
Pankovun 87 yaşı var idi. Onun ölümünü Rusiya Dublyaj Assosiasiyası elan edib.
Xuraman Etibarlı
İnterpress.az