Papa Fransisk səhhətinə görə Pasxa mərasimlərinin bir hissəsini buraxacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Papa Fransiskin ağır pnevmoniyasından sonra onun bazar günü ənənəvi Pasxa xeyir-duasını “Urbi et Orbi”ni şəxsən tələffüz edə biləcəyi hələ də bəlli deyil.
Ehtimal olunur ki, pontifik Pasxa bayramının şərəfinə bir neçə mühüm tədbiri başqalarına həvalə etsə də, hələ də ən azı bəzi Pasxa mərasimlərində iştirak edəcək.
Yazda Papa ağır ikiqat pnevmoniyadan əziyyət çəkib və beş həftə xəstəxanada qalıb. Bu həftə o, zəif səslə tibb işçilərinə təşəkkür edib:
“Xəstəxanada əla işinizə görə təşəkkür edirəm. Yaxşı işlərə davam edin”.
Xuraman Etibarlı
İnterpress.az