Tramp üç gün ərzində sülh planını təqdim etməyə hazırdır. Ukrayna öz ərazisinin 20%-ni “de-fakto” Rusiyaya verə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Ukraynadakı müharibənin sülh yolu ilə həlli planını ictimaiyyətə təqdim etmək niyyətində olduğunu açıqlayıb.
Onun sözlərinə görə, təşəbbüs mümkün atəşkəsə əməl olunmasını təmin etmək üçün Avropa qüvvələrinin və beynəlxalq sülhməramlıların yerləşdirilməsini nəzərdə tutur.
Monitorinqi Ukrayna, Rusiya və NATO-ya üzv olmayan neytral ölkənin nümayəndələrindən ibarət birgə komissiya həyata keçirəcək.
Xuraman Etibarlı
İnterpress.az