Qazaxıstanda millətlərarası harmoniya və sülhü pozmağa yönəlmiş istənilən təxribat sərt şəkildə yatırılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında çıxışı zamanı deyib.
“Qanun qarşısında hamı bərabərdir. Ona görə də biz kim olmasından asılı olmayaraq, ölkəmizdə millətlərarası harmoniya və sülhə xələl gətirmək məqsədi daşıyan istənilən təxribat və təlqinlərin qarşısını almışıq və bundan sonra da sərt şəkildə yatıracağıq.
Özlərini söz azadlığının müdafiəçisi kimi qələmə verən, müəyyən insan haqları təşkilatları, bloqerlər və jurnalistlər Qazaxıstanda hər yerdə neqativ faktlar tapmağa çalışırlar, təxribat yaradırlar.
Bu gün artıq çoxları üçün sirr deyil ki, bununla onlar sadəcə olaraq onlara ayrılan xaricdən maliyyə vəsaiti hesabına işləyirlər”, – Tokayev deyib.
Xuraman Etibarlı
İnterpress.az