ABŞ İranın münaqişənin həlli ilə bağlı 14 bəndlik planını tamamilə rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.
Birləşmiş Ştatlar rəhbərliyi İranın münaqişənin nizama salınması üçün irəli sürdüyü 14 bənddən ibarət təkliflər paketini qəbul etməyib.
Vaşinqtonun bu planı tamamilə rədd etdiyi bildirilir.
Qeyd edək ki, İran tərəfi regional gərginliyi azaltmaq və münaqişəni həll etmək məqsədilə bu planı hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim etmişdi.
ABŞ-nin bu addımı rəsmi Tehranın sülh təşəbbüslərinə qarşı göstərdiyi növbəti sərt mövqedir.
Tərəflər arasında diplomatik dialoqun dalana dirənməsi Yaxın Şərqdəki vəziyyəti daha da mürəkkəbləşdirir.
Xuraman Etibarlı
İnterpress.az






