Kamçatkalı mühasib ərini xəyanət üstündə yaxaladığına görə 2 il şərti həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Petropavlovsk-Kamçatski şəhərində yaşayan 49 yaşlı mühasib Tatyana ərini xəyanət üstündə yaxaladıqdan sonra özü cinayət məsuliyyətinə cəlb edilib.
Hadisə bayram gecələrindən birində baş verib. Belə ki, Tatyana ərinin və onların ümumi tanışlarının iştirakı ilə evdə spirtli içki qəbul edib.
Səhəri gün isə o, ərini və həmin tanışı qonaq otağında intim münasibətdə yaxalayıb.
Qəzəblənən qadın dərhal əvvəlcə həmin qadının ərinə səsli mesaj göndərib, daha sonra isə sübut tələb edildikdə, telefonla altı video və bir neçə foto çəkərək mesajlaşma proqramı vasitəsilə ona göndərib.
Məhkəmə bu hərəkəti “internətdə pornoqrafik materialların yayılması” kimi qiymətləndirib. Məhkəmə iclasında qadın bu addımı “qəzəb və inciklikdən” atdığını bildirib.
Məhkəmənin hökmü ilə Tatyana 2 il şərti həbs cəzası alıb, həmçinin onun telefonu müsadirə edilib və 36 min rubl (təxminən 864 manat) məbləğində məhkəmə xərcləri ödənilməsinə qərar verilib.
Xuraman Etibarlı
İnterpress.az






