ABŞ-də kişi köhnə şalvarında 10 milyon 53 min manatlıq lotereya bileti tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Amerikalı bir şəxs köhnə şalvarının cibində uzun müddətdir unutduğu lotereya biletini aşkar edib. Biletin müddətinin bitməsinə cəmi bir həftə qalmış onu tapan şəxs, möcüzəvi şəkildə biletin uduşlu olduğunu anlayıb.
Sözügedən bilet ona 10 milyon 53 min manat məbləğində böyük qazanc gətirib. “Şanslı” şəxs vaxt itirmədən bileti lotereya ofisinə aparıb və qələbəsini rəsmiləşdirərək mükafatını alıb.
Sosial şəbəkə istifadəçiləri isə bu hadisəni özlərinki ilə müqayisə edərək, adətən qış gödəkçələrinin cibindən payızda tapılan ən çox 10 manat ilə kifayətləndiklərini zarafatla qeyd ediblər.
Lotereya biletinin müddətinin bitməsinə bir neçə gün qalması bu qələbəni daha da inanılmaz edib.
Xuraman Etibarlı
İnterpress.az






