Rusiyada təyyarə qəzası TƏHLÜKƏSİ – Sərnişin layneri TƏCİLİ ENİŞ ETDİbackend

Rusiyada təyyarə qəzası TƏHLÜKƏSİ – Sərnişin layneri TƏCİLİ ENİŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soçidən Sankt-Peterburqa uçan təyyarə nasazlıq səbəbindən təcili eniş edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Ural Hava Yolları” (Ural Airlines) aviaşirkətinə məxsus, Soçi – Sankt-Peterburq reysini həyata keçirən sərnişin təyyarəsi mümkün texniki nasazlıq siqnalı səbəbindən Mineralnıye Vodı hava limanında təcili eniş edib.

Uçuş zamanı pilotlar təyyarənin sistemində təhlükəsiz hərəkətə mane ola biləcək nasazlıq indikasiyasını aşkar ediblər.

Ekipaj sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə uçuşu yarıda kəsmək və ən yaxın hava limanına enmək qərarı verib.

Aviaşirkətin mətbuat xidmətindən verilən məlumata görə, eniş uğurlu keçib və təyyarədə olanlardan heç kim xəsarət almayıb.

Protokola uyğun olaraq, eniş-uçuş zolağında təyyarəni təcili yardım və xilasetmə briqadaları qarşılayıb.

Hazırda sərnişinlər otellərdə yerləşdirilir və onların Sankt-Peterburqa çatdırılması üçün ehtiyat təyyarənin hazırlanması prosesi davam edir.

Xuraman Etibarlı

İnterpress.az