Açarı cibində unudan kişi mənzilinin qapısını SINDIRDI – FOTOLARbackend

Açarı cibində unudan kişi mənzilinin qapısını SINDIRDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında açarlarını tapa bilməyən sərxoş kişi öz mənzilinin qarşısını darmadağın edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva ətrafındakı yaşayış binalarının birində qeyri-adi hadisə baş verib. Gecə saatlarında sərxoş vəziyyətdə evə qayıdan kişi öz mənzilinin qapısını aça bilmədiyi üçün qapını sındırmağa çalışıb və dəhlizdə böyük qarışıqlıq yaradıb.

Qapını aça bilməyən şəxs elə mənzilin girişindəcə yuxuya gedib.

Səhər saatlarında qonşular onu dəhlizdə yatmış vəziyyətdə tapıblar.

Onlar kişinin cibinə baxaraq axtardığı evinin açarlarını elə onun öz cibindən tapıblar.

İtirdiyini düşündüyü mobil telefonunu isə növbəti gün taksi sürücüsü ona geri qaytarıb.

Sərxoş kişi mənzilində kiminsə gizləndiyinə əmin olsa da, qapı açıldıqdan sonra içəridə yalnız qorxmuş pişiyinin olduğu məlum olub.

Xuraman Etibarlı

İnterpress.аz