Çində qaydasız döyüş qaydaları üzrə dünyada ilk robot döyüşü keçirilib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çində qarışıq döyüş növlərinin (MMA) qaydaları üzrə dünyada ilk dəfə olaraq robotların qarşıdurması baş tutub.
Şençjen şəhərində təşkil olunan bu qeyri-adi texnoloji turnirin final mərhələsində ümumilikdə 32 müxtəlif komanda birincilik uğrunda mübarizə aparıb.
Yarışın mükafat fondu olduqca böyük məbləğlə yadda qalıb. Belə ki, robotların mübarizə apardığı turnirin ümumi mükafat fondu təxminən 1,48 milyon dollar (təxminən 2,52 milyon manat) təşkil edib.
Mütəxəssislər texnoloji inkişafın gələcəkdə bu növ intellektual robot idman yarışlarını daha da populyarlaşdıracağını və onların ənənəvi idman növlərinə maraqlı alternativ olacağını ehtimal edirlər.
Xuraman Etibarlı
İnterpress.аz






