Alimlər bel ağrılarını aradan qaldıran və fəqərəarası diskləri bərpa edən xüsusi gel yaradıblar.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Alimlər onurğa və bel ağrılarından əziyyət çəkənlər üçün mühüm yeniliyə imza ataraq fəqərəarası diskləri bərpa edən xüsusi gel hazırlayıblar.
Yeni preparat birbaşa zədələnmiş diskə yeridilir, iltihabı tədricən aradan qaldırır, toxumaların dağılmasını ləngidir və onurğanın bərpasına kömək edir.
Laboratoriya şəraitində və heyvanlar üzərində aparılan ilkin sınaqlarda bu texnologiya artıq olduqca müsbət nəticələr göstərib.
Gelin tətbiqindən sonra subyektlərdə ağrılar kəskin şəkildə zəifləyib və disklərin aşınması kəskin yavaşlayıb.
Tədqiqatçıların növbəti mərhələdəki hədəfi bu yeni geli insanlar üzərində kliniki sınaqdan keçirməkdir.
Mütəxəssislər layihənin gələcəkdə milyonlarla insanın xroniki bel ağrılarından tamamilə xilas olmasına kömək edəcəyini ehtimal edirlər.
Xuraman Etibarlı
İnterpress.аz






