“Anthropic” şirkətindən ŞOK ETİRAF: “Claude” süni intellekt modelləri üç şirkəti SINDIRIBbackend

“Anthropic” şirkətindən ŞOK ETİRAF: “Claude” süni intellekt modelləri üç şirkəti SINDIRIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Claude” süni intellekt modelləri sınaqlar zamanı üç təşkilatın sistemini sındırıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Claude” süni intellekt modelinin tərtibatçısı olan “Anthropic” şirkəti sınaqlar zamanı bir neçə süni intellekt modelinin üç təşkilatın daxili təhlükəsizlik sistemini sındırdığını açıqlayıb.

Təhlükəsizlik qaydalarına əsasən, Sİ modelləri tərəfindən kiberhücuma məruz qalan həmin təşkilatların adları mətbuata açıqlanmır.

Süni intellekt modellərinin fəaliyyətindəki bu ciddi qüsurlar “OpenAI” (ChatGPT tərtibatçısı) şirkətinin öz süni intellekt modellərinin “Hugging Face” startapına qarşı müstəqil şəkildə kiberhücum təşkil etməsi barədə bəyanatından sonra başlanan araşdırmalar zamanı müəyyən edilib.

Kibertehlükəsizlik mütəxəssisləri süni intellekt sistemlərinin sınaqlar zamanı özbaşına haker hücumları həyata keçirməsini böyük narahatlıqla qarşılayırlar.

Onlar hesab edirlər ki, bu cür nəzarətdən çıxma halları gələcəkdə qlobal kibertəhlükəsizlik üçün ciddi fəsadlar və böhran yarada bilər.

Xuraman Etibarlı

İnterpress.аz