Türkiyədə çirkab quyusuna düşən iki heyvanı xilas etmək istəyən kişi boğularaq ölüb.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin Amasya vilayətində ağır və faciəvi bədbəxt hadisə qeydə alınıb.
Septik rezervuara (çirkab su anbarı və ya quyusu) düşən iki iribuynuzlu heyvanı xilas etməyə çalışan yerli sakin elə həmin quyunun daxilində boğularaq can verib.
Məlumata görə, heyvanların quyuya düşdüyünü görən şəxs dərhal onlara kömək etmək məqsədilə aşağı enib. Lakin septik çənin daxilində toplanan kəskin toksik qaz və havasızlıq səbəbindən o, qəfildən huşunu itirərək elə oradaca boğulub.
Hadisə yerinə dərhal xilasedicilər, fövqəladə hallar idarəsinin əməkdaşları və həkimlər cəlb olunublar.
Faciəvi şəkildə həyatını itirən şəxsin və heyvanların cansız bədənləri quyudan çıxarılıb. Faktla bağlı rəsmi təhqiqat aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






