Xarkovda böyük mətbəə anbarı DAĞILDI: Rusiyanın zərbəsi ilə 8 milyondan çox kitab YANDIbackend

Xarkovda böyük mətbəə anbarı DAĞILDI: Rusiyanın zərbəsi ilə 8 milyondan çox kitab YANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkovda Rusiya ordusunun zərbəsi nəticəsində mətbəə anbarı dağılıb, milyonlarla kitab yanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.

Rusiya ordusunun avqustun 1-də Ukraynanın Xarkov şəhərindəki mal anbarına pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi hücum nəticəsində 8 milyondan çox kitab yanaraq tamamilə kül olub.

“Ranok” nəşriyyatının yaydığı rəsmi məlumata görə, yanan kitabların arasında məktəblilər üçün nəzərdə tutulmuş 600 min ədəd dərsliyin də olduğu bildirilir.

Nəşriyyat rəhbərliyi bu hadisəni 2022-ci ildə hərbi münaqişə başlayandan bəri Ukraynanın kitab sənayesi və təhsil infrastrukturuna dəymiş ən böyük və sarsıdıcı itki adlandırıb.

Şirkət rəhbərliyi Rusiya ordusunun bu zərbəni birbaşa məqsədli şəkildə endirdiyini iddia edir.

Xuraman Etibarlı

İnterpress.аz