Psixiatrik xəstəxanadan iki xəstə QAÇDIbackend

Psixiatrik xəstəxanadan iki xəstə QAÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarskda qapalı tibb müəssisəsindən iki xəstə gizlicə qaçıb.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarında yerləşən qapalı tipli psixonevroloji internatdan iki pasiyent qaçıb.

Uzun müddətdir həmin müəssisədə ciddi müalicə alan bir kişi və bir qadın ötən gün axşam saatlarında nəzarətçilərdən gizlicə ərazini tərk ediblər.

Müəssisə rəhbərliyi və tibb işçiləri onların yoxa çıxdığını yalnız gecə saatlarında, yoxlanışı zamanı fərq ediblər.

Pasiyentlərin tapılması üçün dərhal cinayət-axtarış şöbəsinin əməkdaşları, daxili işlər orqanlarının nümayəndələri və könüllülər irimiqyaslı axtarış tədbirlərinə cəlb olunublar.

Hazırda xəstələrin yerinin müəyyənləşdirilməsi istiqamətində operativ axtarış aparılır.

Xuraman Etibarlı

İnterpress.аz