İsveçrədə 26 nəfər legionellyoz xəstəliyinə yoluxub, biri ölüb.
İnterpress.аz xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.
İsveçrənin Bazel şəhərində təhlükəli “legionelyoz” infeksiyasının yayılması faktı qeydə alınıb.
Son rəsmi məlumatlara görə, artıq 26 nəfər bu ağır infeksiyaya yoluxub, bir nəfər isə xəstəliyin yaratdığı kəskin fəsadlardan dünyasını dəyişib.
Mütəxəssislər tərəfindən aparılan sanitar-epidemioloji araşdırmalar zamanı kütləvi yoluxma mənbəyinin binalardan birinin damında yerləşən su soyutma qülləsi olduğu müəyyən edilib.
İnfeksiya ocağı hesab edilən həmin sənaye soyutma avadanlığı artıq rəsmi şəkildə istismardan çıxarılıb və fəaliyyəti dayandırılıb.
Yerli səhiyyə rəsmiləri infeksiyanın şəhər daxilində daha geniş yayılmasının qarşısını almaq üçün təcili qabaqlayıcı tədbirləri gücləndiriblər.
Bazel və ətraf ərazilərdə digər bənzər havalandırma və su soyutma sistemlərində də yoxlamalar aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






